IQNA

Qərb dünyasına rəhmət peyğəmbərimizdən (s) gözəl bir təsvir göstərmək mənim üçün mühüm idi

10:36 - November 28, 2016
Xəbər sayı: 3481059
Məcidi: "Məhəmməd Rəsulullah" filmində iki əsas hədəf var idi. İslam dünyası öz müştərək dəyərlərinə yönləndirmək və Qərb dünyasına İslamdan gözəl bir təsvir canlandırmaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının İstambuldakı mədəniyyət idarəsinə istinadla verdiyi xəbərə görə, "Məhəmməd Rəsulullah (s)" filminin rejissoru Məcidi Türkiyənin "Habertürk" peyk tv kanalına müsahibə verib.

O müsahibəsində bildirib ki, bu filmi ərsəyə gətirməkdə iki əsas hədəfi güdürdüm. Birincisi müsəlmanların diqqətini İslam dünyasının müştərək dəyərləri və İslam ümmətinin vəhdəti üzərinə yönləndirmək istədim. İkinci əsas hədəfim isə Qərb dünyasının üzünə İslamdan eyni bir pəncərə açmaq istədim. Qərb dünyasına İslamda olan mehribanlıqdan və rəhmət peyğəmbərimizdən (s) gözəl bir təsvir göstərmək mənim üçün mühüm idi.

Məcid Məcidi "nə üçün Peyğəmbərin (s) uşaqlıq dövrünü lentə aldınız?" sualının cavabında dedi: İslam Peyğəmbərinin (s) həyatında çoxlu mütaliə və araşdırmalar etdikdən sonra gördüm ki, bu dövr barədə İslam mənbələrində çox az porblem var – (ziddiyyətlər azdır, müsəlmanlar bu dövr barədə həmrəydirlər, müştərək cəhətlər daha çoxdur - red.) - və buna görə də film çəkmək üçün bu dövrü seçdim.

"Həzrət Məhəmməd (s) barədə ikinci film sayılan bu kinonu siz İslamofobiyanın dünyada genişləndiyini bir zamanda çəkdiniz? Belə bir zamanda belə filmi çəkmək üçün dəliliniz nə idi? – sualına Məcidi belə cavab verib: Dünyanın İslam dünyası barədə təsəvvürünün İslamın həqiqətinə və müsəlman dünyasının reallığına uyğun olmadığını gördüm. Buna görə də bu qərara gəldim ki, həqiqi İslami və İslam Peyğəmbərinin (s) həqiqi təsvirini canlandıran bir film çəkim. Mən yeddi il öncə belə bir film çəkmək üçün qərara gəldim və bu yöndə çoxlu araşdırmalar apardım və mütaliə etdim.

Məcidi "siz öncədən bilirdiniz ki, bu filmə görə problemlərlə üzləşəcək və tənqid olunacaqsınız?" sualının cavabında dedi: Bu təbiidir. Çünki indiyədək Həzrət Məhəmməd (s) barədə iki film çəkilib və başqa bir nümunəsi yoxdur. Kinonun əleyhinə verilən bəyaniyyələr və olunan tənqidlər səbəb oldu ki, kino İslam dünyasında daha da maraqla qarşılansın. Və qeyd edim ki, indiyədək Həzrət İsa Məsih (s) haqqında 200 film, Həzrət Musa (ə) barədə 120 film və Budda barədə 42 film ekran olunmuşdur. Biz isə öz Peyğəmbərimiz (s) barədə cəmi 2 film çəkmişik. Bu göstərir ki, biz İslam dünyasında Peyğəmbərimizin (s) müasir dil (və yeni və daha təsirli təbliğat vasitələri) ilə tanıtdırılmasında iş görməmişik. Qərb dünyası isə öz təfəkkürlərini Həzrət İsa (s) və Musanın (ə) baxışı kimi kino dili ilə bütün dünyaya çatdırıblar. Biz də çalışmalıyıq ki, İslam Peyğəmbərinin (s) bütün aləmlər üçün olan geniş rəhmətini dünya əhlinə çatdıraq.

Məcidi "filmdə hansısa məzhəbin digərinə tərcih edilməsinə və Bəni-Haşimilə Bəni Üməyyə problemlrinin qabardılmasına" eyham edən suala cavab olaraq dedi: Mən çalışdım ki, İslam tarixinə vəfadar olum bu kinonun çəkilişində və buna görə əhl-sünnə və şiə qaynaqlarından birgə istifadə edilmişdir. Əhl-Sünnə tarix qaynaqlarında, o cümlədən "İbn Hişam"ın tarix kitabında peyğəmbərin (s) Əbu Talib və Əbdül-Müttəlibin damənində tərbiyə aldığı və böyüdüyü yazılıb. Və bu da kinoda öz əksini tapmışdır.

Kinoda Həzrət Məhəmmədin (s) üzünün göstərilməsi ilə bağlı sualın cavabında isə "bu məsələ, yəni Peyğəmbərin (s) üzünün göstərilməsinin haram olması, heç bir dini mətndə öz əksini tapmayıb və buna dair İslami qaynaqların heç birində şəri dəlil yoxumuzdur. Həmçinin kinoda Həzrət Məhəmmədin (s) besətdən öncəki epizodlarında üz göstərilsə də, Peyğəmbərlik zamanına aid olan epizodlarda üzün ətrafı nurla örtülüb" deyə Məcidi cavab verdi.

http://www.iqna.ir/fa/news/3549139


captcha