İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İQNA-ya elan etdiyi xəbərdə bildirib ki, Rusiyanın "İslami Araşdırmalar Fondu" indiyədək Quranşünaslıq və Quranla bağlı elmlər barədə 28 cilddən çox kitab Rus dilində çap və nəşr etmişdir.
Bu kitablar arasında Höccətul- İslam vəl- Müslimin Seyid Kamal Fəqih İmaninin Quran surələrinin bir dövrə kamil təfsiri olan 12 cildlik "Nurul-Quran" təfsiri, Höccətul- İslam vəl- Müslimin Möhsin Qiraətinin "Loqman", "Fürqan", "Ənkəbut" və "Ənfal" surələrinin təfisi, Höccətul- İslam vəl- Müslimin Seyid Bəhauddin Xürrəmşahinin "Nəhcül-Bəlağə"nin təfsiri və "Quran Tanıma" kitabları, Əbul-Fəzl Xoşməneşin "Quranın bədii, mədəni və incəsənət dilinin incəlikləri" kitabı, Höccətul- İslam vəl- Müslimin Əli Əkbər Babayinin "Quranın təfsir üslubları", Müctəba Ruhanirad və Qulaməli Əzizikiyanın "Qurandan dərslər" kitabı da vardır.
Rusiyanın "İslami Araşdırmalar Fondu" bu xəbərdə bildirib: Bu kitablar Quran və təfsir sahəsində araşdırmalar aparan rusdilli tədqiqatçılar üçün çox dəyərli və qiymətli qaynaqlardır.
Bu fond bundan əlavə İranın "Sədra nəşriyyatı"nın uşaqlar üçün nəşr etdiyi dini kitablar silsiləsini də rus dilinə tərcümə və nəşr edir. Bunlar arasında "Peyğəmbərlər və səhabələr" barədə danışan dini uşaq ədəbiyyatı vardır.
Bu yöndə tərcümə və nəşr edilən kitablar arasında "Həzrət Nuhun (ə) dastanı", "Əbu Əyyub Ənsari", "Günəşin evsahibi", "Vəhəbin qızı Amənə xanım", "Qönçənin təbəssümü - (Peyğəmbərin anası)", "Bir göy qədər xəbər" və s... dəyərli kitabları ki, görmək olur.
http://iqna.ir/fa/news/3570262