İQNA-nın (Beynəxaql Quran Xəbər Agentliyi) Həzrət İmam Əlinin (ə) ziyarətgahının informasiya portalına istinadla verdiyi xəbərə görə, Qurban bayramı namazı bu gün, Şənbə günü, 2 Sentyabr 2017-ci il, İraqın Nəcəf şəhərində İmam Əlinin (ə) müqəddəs hərəmində Əhli-Beyt (ə) aşiqlərinin və İmam Əlinin (ə) ziyarətçilərinin izdihamlı iştirakı və Şeyx Əbdül-Kərim əl-Xaqaninin imaməti ilə qılınıb.
Qurban bayramı namazını xətibi namazın xütbələrində İraqın silahlı qoşunlarının əsgərlərini və təhlükəsizlik qüvvələrini dua edib, İraq Könüllülər Ordusunun (Həşd əş-Şəəbi) yaralılarının tez şəfa tapmasını Allahdan diləyib, İraqda təhlükəsizliyin və sabitliyin bərqərar olması üçün dualar edib.
Qeyd edək ki, İraqın Nəcəf şəhədri dini elmi hövzəsinin ustadı və şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin dəftərxanası bu günü, şənbə günü, 2 Sentyabr 2017-ci il, Qurban bayramı olaraq elan edib.
İraqda Qurban bayramı münasibəti ilə Sentyabr ayının 1-dən 5-inədək bayram günləri elan edilib.
http://www.iqna.ir/fa/news/3637168