IQNA

"15 əsrlik İran Quranı"

8:35 - September 14, 2017
Xəbər sayı: 3482158
Həzrət Məsumənin (ə) müqəddəs hərəminin kitabxanasında Seyid Məhəmməd Baqir Nəcəfi Şüştərinin müxtəlif əlyazma nüsxələr üzərində zəhmətləri sayəsində hazırlanmış 15 əsrlik Quran nüsxəsi saxlanılır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, günlər, həftələr, aylar, illər və əsrlərdir ki, müsəlmanların müqəddəs kitabı yazılaraq nəsildən nəsilə ötürülmüş və əziz İslam peyğəmbəri Həzrət Məhəmmədə (s) nazil olduğu kimi gəlib bu günümüzə çatmışdır. Müsəlman dünyasında hər əsrdə müsəlmanların evlərində olan Quran nüsxələrində İran İslam Respublikasının və eləcə də qədim İran xəttatlarının zəhmətləri böyük olmuşdur və indi də dünyanın hər yerində, istər şəxsi kolleksiyalarda, istərsə də böyük muzey və kitabxanalarda iranlı xəttatların kitabət etdiyi əlyazma Quran nüsxələri mövcuddur.

Son illərdə Quranın iranlı xəttatlar tərəfindən yazılmış əlyazma və çap nüsxələri barədə müxtəlif araşdırmalar aparılmış, bu nüsxələrdə haqqında məlumatlar çap edilmiş, nüsxələrin siyashısı və s... hazırlanmışdır.

Bu işlərdən biri də Qum şəhərində Həzrət Fatimeyi-Məsumənin (ə) müqəddəs hərəminin kitabxanasında Seyid Məhəmməd Baqir Nəcəfi Şüştərinin müxtəlif əlyazma nüsxələr üzərində çoxillik zəhmətləri sayəsində hazırlanmış və min beş yüz illik İslam və İran mədəniyyətindən və incəsənətindən xəbər verən "15 əsrlik Quran nüsxəsi"dir.

گزارش فردا////مصحفی به ژرفای 15 قرن

IQNA-nın müxbiri bu barədə Həzrət Fatimeyi-Məsumənin (ə) müqəddəs hərəminin kitabxanasının Quranın əlyazma nüsxələr xəzinəsinin məsulu Əli Astarəki ilə söhbət edib. Müxbirimizin müsahibə zamanı bu Quranla bağlı əldə etdiyi maraqlı və faydalı məlumatı sizinlə bölüşürük.

Seyid Məhəmməd Baqir Nəcəfi Şüştərinin müxtəlif əlyazma nüsxələr üzərində çoxillik zəhmətləri sayəsində hazırlanmış, bütün İslami əsrlərin İran xəttatlarına aid əlyazma nüsxələrini ehtiva edən və "İRAN MÜSHƏFİ" adlanan bu nüsxə çap edilmiş bir Qurandır.

İranın Xürrəmşəhər şəhərində anadan olmuş, müharibə illərində Əhvaz, Şiraz və Tehran şəhərlərində yaşamış və 1989-cu ildə elmi iş üçün Almaniyaya mühacirət edən Seyid Məhəmməd Baqir Nəcəfi Şüştəri bu nüsxəni hazırladıqdan və litoqrafiya etdikdən bir il sonra, 17 iyul 2002-ci ildə, Almaniyanın Bon şəhərində dünyasını dəyişdi və İrana gətirilərək Həzrət Şah Əbdül-Əzimin (ə) müqəddəs hərəmində dəfn edildi.

Əlyazma nüsxələr mütəxəssisi Seyid Məhəmməd Baqir Nəcəfi Şüştəri vətəni, dini sevən bir şəxsiyyət idi və həmişə "mədəniyyət alverçiləri" və "siyasətçi mədəniyyətçilər"dən uzaq gəzərdi.

Onun ömrünün ən böyük arzusu Quran-Kərimin iranlı xəttatlar tərəfindən əsrlər boyu yazılmış Quran nüsxələrini toplamaq və bir məcmuədə çap etmək və bu ərsənin tədqiqatçılarına təqdim etmək olmuşdu ki, bunun üçün uzun illər zəhmət çəkdi, dünyanın hər yerindən İrana aid Quran nüsxələrini taparaq, onların fotolarını hazırladı.

گزارش فردا////مصحفی به ژرفای 15 قرن

Seyid Məhəmməd Baqir Nəcəfi Şüştəri İranın özündə də müxtəlif muzey və kitabxanalara, o cümlədən İranın milli muzeyi, İranın milli kitabxanası, İran İslam Şurası Məclisinin kitabxanası, Milli Məlik muzeyi və kitabxanası, Şah Abbas muzeyi və həmçinin şəxsi kolleksiyalara baş çəkərək İranın daxilindəki Quran nüsxələrinin də surətlərinin fotusunu hazırladı.

Şüştəri bu əsəri bütün millət və məzhəblərdən olan incəsənət, mədəniyyət və elm adamlarına xitab olaraq hazırladığı üçün "İran Müshəfi"nin hazırlanması, litoqrafiyası (Litoqrafiya— çap növüdür. Bu çap növündə müstəvi şəklində olan formadan boya yüksək təzyiq altında kağız üzərinə köçürülür) və çapında ən müasir metod və texnologiyadan istifadə etmişdir.

گزارش فردا////مصحفی به ژرفای 15 قرن

Seyid Məhəmməd Baqir Nəcəfi Şüştəri ömrünün 25 ilini "İran Müshəfi"nin hazırlanması və ərsəyə gəlməsinə həsr etdi. Dünyanın və İranın kitabxanalarını araşdırdı. İslamın ilk əsrlərindən 14-cü əsrədək bacardığı qədər əksər Quran nüsxələrinin ki, iranlı xəttatlar tərəfindən yazılmışdı və ya incəsənət əhli tərəfindən rəsm olaraq çəkilmişdi, fotonümunəsini hazırladı.

"İran Müshəfi"ndə nüsxələrin düzülüşündə əvvəlcə surələrin say sırası və sonra da yazıldığı əsr nəzərə alınmışdır. Belə ki, bu Quranı əlinə alan hər kəs bir anda 14 əsr yol qət etmiş dünyanın bütün əlyazma və qədim çap nüsxələri ilə üz-üzə qalır.

گزارش فردا////مصحفی به ژرفای 15 قرن

Bu Quranın hazırlanması üçün Şüştəri əvvəlcə dünyanın Quran nüsxələri barədə məlumatı ehtiva edən 100 siyahı və fehrest hazırladı və buna əsasən dünyanın muzey və kitabxanalarından 4 min foto və slayd düzəlti. Sonra bunların üzərində araşdırma apararaq nüsxələri ayə, surə və ilə əsasən düzdü. Nəticədə isə İslamın və İranın müxtəlif dövrlərdəki incəsənət və mədəniyyətindən xəbər verən 180 əlyazma və qədim çap nüsxəsini ehtiva edən "İran Müshəfi" çap edildi.

"İran Müshəfi"ndəki hər bir nüsxə müxtəlif dövrlərdə (321-ci hq - 1322-ci hq) yaşamış padşahların və hökmranların və elm adamlarının şəxsi kitabxanası, onlara aid məqbərə və muzeylərinə aid olub və 933-cü ildən 1904-cü ilədək bir zamanı əhatə edir.

Azadə Qulami

http://www.iqna.ir/fa/news/3641132


captcha