İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin paytaxtı Qahirənin şərqində ortodoks xristian və məsihilərin "Miladul-Məsih" adlanan ən böyük came kilsəsinin açılış mərasimi keçirildi.
Misirdə xristian və məsihilərin ən böyük ortodoks katedral kilsəsinin açılış mərasimində ölkə prezidenti Əbdül- Fəttah Sisi, Papa ikinci Tvazrus və Misirin ortodoks qibtilərinin papası iştirak ediblər.
Ortodoks kilsəsinin sözçüsü Paulus Həlim dedi: "Miladul- Məsih" (Məsihin anadan olması) kilsəsi orta şərqdə xristian və məsihilərin ən böyük ortodoks katedral kilsəsidir.
"Miladul- Məsih" (Məsihin anadan olması) came kilsəsinin 7 min 500 nəfərlik tutumu vardır. Kilsənin ikinci mərtəbəsinin də ki, bu il yeni il bayramı burada keçirildi, 2 min 500 nəfərlik tutumu vardır.
Qeyd edək ki, Qahirə şəhərinin Abbasiyyə rayonunda da ortodoks qibti məsihi və xristianların 4 min 500 nəfər cəmiyyət tutumu olan kilsələri vardır.