İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İlk dəfə olaraq Hollandiyada 2018-ci ilin Mart ayının 3-də, həftənin şənbə günü, ƏRBƏİN foto və film sərgisi keçirildi.
Bu sərgi Hollandiyanın cənub- şərqində yerləşən Eindhoven şəhərinin Avropa ƏRBƏİN Birliyinin təşəbbüsü ilə təşkil edilmişdir.
Əlirza Rəcəbi - Hollandiyanın cənub- şərqində yerləşən Eindhoven şəhərinin Avropa ƏRBƏİN Birliyinin məsulu, İQNA ilə müsahibəsində bu barədə xəbər verərək dedi: Bu səgri keçən həftənin şənbə günü, Mart ayının üçündə Eindhoven şəhərinin çox soyuq havasında keçirildi və şəhər əhalisi tərəfindən maraqla qarşılandı və geniş kütlə tərəfindən sərgiyə baxış keçirildi.
Avropa ƏRBƏİN Birliyinin məsulu əlavə etdi: Bu sərgi Hollandiyanın bütün şəhərlərində növbə ilə keçiriləcəkdir.
Sərginin videosunu qarşıdakı linkdən İZLƏ və ENDİR
Sərginin fotoreportajına qarşıdakı linkdə baxa bilərsiniz: ƏRBƏİN sərgisindən FOTOREPORTAJ
http://iqna.ir/fa/news/3696716