IQNA

İran Vatikana hədiyyə göndərdi - Foto

19:39 - September 01, 2018
Xəbər sayı: 3483771
İran İslam Respublikasının Filippinin paytaxtı Manildə keçirdiyi "Filippində İran Mədəniyyəti Günləri Festivalı"nın yekun mərasimi keçirilib. Mərasimdən Vatikana xüsusi Quran hədiyyəsi göndərilib.

İran Vatikana hədiyyə göndərdi - FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, həftənin Cümə günü, 31 Avqust 2018-ci il, İran İslam Respublikasının Filippinin paytaxtı Manildə keçirdiyi "Filippində İran Mədəniyyəti Günləri Festivalı"nın yekun mərasimi keçirilib.

İran İslam Respublikasının Manildəki səfiri Məhəmməd Tənhayinin iqamətgahında keçirilən "Filippində İran Mədəniyyəti Günləri Festivalı"nın yekun mərasimində Filippinin və digər ölkələrin səfirliklərinin elmi, mədəni və dini şəxsiyyətləri, o cümlədən Vatikanın Manildəki səfirinin müavini "Gabriel Viola", Filippinin "Murmunlar kilsəsi"nin rəhbərləri "Taniela Wakolo" və "Elder Aretemio Maligon", Sent-Tomas İlahiyyat Universitetinin ustadı və "Asiya Dinlər və Sülh Təşkilatının rəis müavini Dr. Pablito Baybado, "Cameətul-Mustafa"nın Manil şöbəsinin rəisi Höccətul-İslam vəl-müslimin Müctəba Əkbəri, İran İslam Respublikasının Manildəki Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Məhəmməd Cəfəri və media qrumlarının nümayəndələri iştirak ediblər.

Festivalda sərgilən hüsnxətt ilə yazılmış Məryəm surəsinin tablosu İslam və Xristianlıq arasında sülh və dialoq rəmzi olaraq dünya katoliklərinin rəhbəri Papa Fransisə hədiyyə göndərilməsi üçün Vatikanın Filippindəki səfiri "Gabriel Cacci"yə təhvil verilib.

Məryəm surəsini gözəl hüsnxətt ilə iranlı incəsənətçi və İran hüsnxətt dərnəyinin Filippindəki məsulu xanım Təndis Təqəvi səkkiz lövhə üzərinə yazmış və xanım Rəfət Musəvi qızılı naxışlarla bəzəmişdir.

http://iqna.ir/fa/news/3743078

تحویل هدیه قرآنی ایران برای پاپ به نماینده واتیکان/ حضور گسترده فیلیپینی‌ها+عکس

captcha