IQNA

Mosulun qərbində İŞİD-in 6 üzvü məhv edildi

19:11 - June 01, 2019
Xəbər sayı: 3485245
Bu barədə Neynəva təhlükəsizlik qüvvələri bu gün məlumat verib. "əs-Süqur" əməliyyat tağımı Mosulun qərbində yerləşən "əl-Əyaziyyə" rayonunda İŞİD-in silah-sursat və döyüş təchizatını kəşf edərək götürüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "alsumariatv" informasiya portalına istinadla verdiyi xəbərə görə, İraqın Mosul şəhərinin qərbində İŞİD terrorçu qruplaşmasının altı üzvü məhv edilib.  

Bu barədə Neynəva təhlükəsizlik qüvvələri bu gün (Şənbə, 1 İyun 2019) məlumat verib. Məlumatda deyilir ki, "əs-Süqur" əməliyyat tağımı Mosul şəhərinin qərbində yerləşən "əl-Əyaziyyə" rayonunda İŞİD terrorçularının silah-sursat və döyüş təchizatını kəşf edərək götürüb.

Əməliyyat zamanı İŞİD terrorçu qruplaşmasının altı üzvü də məhv edilib.  

http://iqna.ir/fa/news/3816423

Teqlər: İŞİd ، mosul ، İraq ، iqna
captcha