IQNA

Ən yaxşı Quran qarisi və hafizi qızlar mükafatlandırıldı

6:46 - July 21, 2019
Xəbər sayı: 3485550
İraqın müxtəlif yarışlarda uğur qazanmış ən yaxşı Quran qarisi və hafizi olan qız şagird və tələbələri Nəcəf şəhərində İmam Əlinin (ə) müqəddəs hərəmində keçirilən mərasimdə mükafatlandırıldılar.

İraqın müxtəlif yarışlarda uğur qazanmış ən yaxşı Quran qarisi və hafizi olan qız şagird və tələbələri Nəcəf şəhərində İmam Əlinin (ə) müqəddəs hərəmində keçirilən mərasimdə mükafatlandırıldılar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "QAF" (İraqın Quran xəbər agentliyi) informasiya portalına istinadla verdiyi xəbərə görə, bu mərasim İmam Əlinin (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən Qurani-Kərim Mərkəzinə bağlı "Xanımların Quran Evi Müəssisəsi"nin Nəcəf şəhəri şöbəsinin təşəbbüsü ilə təşkil edilib.

Mərasimdə İmam Hüseyn (ə) ziyarətgahı tərəfindən keçirilən "IV Quran yarışları", "ət-Təmmar" xeyriyyə müəssisəsinin Quran yarışları, məktəblərin Quran yarışları və "Xanımların Quran Evi Müəssisəsi"nin Quran hifzi və qiraəti yarışlarında üstün yerləri qazanmış şagirdlərə hədiyyələr verilib.     

http://iqna.ir/fa/news/3828468

 

Teqlər: quran ، İraq ، nəcəf ، qiraət ، quran hifzi ، qari ، darül-quran
captcha