IQNA

Moskvada "Din və Dünya" toplantısı keçirildi

21:10 - October 25, 2019
Xəbər sayı: 3486025
Rusiyanın paytaxtı Moskva şəhərində V Din və Dünya Beynəlxalq Toplantısı keçirilib. İki gün davam edən toplantının əsas mövzusu "din və ətraf mühitin mühafizəsi" məsələsi olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin üçüncü günü, 23 Oktyabr 2019-cu il, Rusiyanın paytaxtı Moskva şəhərində V Din və Dünya Beynəlxalq Toplantısı keçirilib.

İki gün davam edən toplantının əsas mövzusu "din və ətraf mühitin mühafizəsi" məsələsi olub.

Toplantıda Rusiya, İran İslam Respublikası, Livan, Suriya, Almaniya, Serbistan və Makedoniyadan dini, mədəni və elmi şəxsiyyətlər iştirak edib.

Toplantıda İran İslam Respublikasını Beynəlxalq Məzhəblərin Yaxınlaşması Təşkilatının sədr müavini Hüseyn Şeyxulislami təmsil edib.

Din və Dünya toplantısı hər il "Xristianlı Dünyası Birliyi"nin (mənəvi və ənənəvi dəyərlərin qorunması təşkilatı) təşəbbüsü və Moskva meriyasının dəstəyi ilə keçirilir.

İran İslam Respublikasını Beynəlxalq Məzhəblərin Yaxınlaşması Təşkilatının sədr müavini Hüseyn Şeyxulislami çıxışında İran İslam Respublikasının ətraf mühitin sağlam saxlanılmasında roludan danışaraq deyib: Müasir insanların həyatı ətraf mühitin çirkləndiyi üçün ciddi problem və təhdidlərlə üz-üzədir.

https://iqna.ir/fa/news/3852035

Teqlər: toplantı ، din və dünya ، rusiya ، moskva ، iqna
captcha