IQNA

Hicablı qız "ilin ən yaxşı gənc idmançısı" adını aldı

8:31 - November 24, 2019
Xəbər sayı: 3486199
İngiltərədə yaşayan hicablı idmançı qız "ilin ən yaxşı gənc idmançısı" mükafatına layiq görülüb. Bu mükafatı qazanan Xədicə Mella adlı hicablı müsəlman qız ölkə üzrə at yarışlarının qalibidir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərədə yaşayan hicablə qız "ilin ən yaxşı gənc idmançısı" mükafatına layiq görülüb.

Bu mükafatı qazanan Xədicə Mella adlı hicablı müsəlman qız at yarışlarının qalibidir və bu peşə üzrə ilk hicablı xanımdır.

O, Londonda keçirilən mərasimdə ən yaxşı gənc idmançı adına layiq görülərək mükafatlandırılıb.  

Xədicə Mella mətbuat ilə müsahibəsində deyib: Bu mükafatın digər namizədlərini televiziyadan gördükdə heyrətləndim. Bu adı qazanmağım mənim üçün inanılmaz idi. Öz hicabımla İngiltərə cəmiyyətinə müsəlman bir xanımı müsbət simada tanıda bildiyim üçün şadam.  

https://iqna.ir/fa/news/3858805

captcha