IQNA

Nottingemdə "Təfsirin əsasları ilə tanışlıq" kursu keçiriləcək

11:09 - December 08, 2019
Xəbər sayı: 3486277
Dekabr ayının 14 və 15-də İngiltərənin Nottingem (Nottingham) universitetində "Qurani-Kərimin təfsirinin əsasları ilə tanışlıq" kursları keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Dekabr ayının 14 və 15-də İngiltərənin Nottingem (Nottingham) universitetində "Qurani-Kərimin təfsirinin əsasları ilə tanışlıq" kursları keçiriləcək.

Kurslarda Nottinghem universitetinin İslam Elmlərinin müxtəlif ixtisasları üzrə müəllimləri, Quran elmləri və Fəlsəfə ustadları tədris edəcəklər.

Kurslarda iştirak edənlərə Quranın əsas məzmunları, vəhyin şəraiti, möhkəm və mütəşabih ayələr, Quran surələrinin məzmun qurluşu, təfsir növləri və Quran baxımından nəfsin tərbiyə və təzkiyə edilməsi metodları öyrədiləcək.

Kurslardakı dərslər 12-ci hicri-qəməri əsrində Hindistanda yaşamış əhli-sünnə alimi Şah Vəliyyullah Dehləvinin qələmə aldığı "əl-Fövzül-Kəbir" təfsiri əsasında keçiriləcək.  

https://iqna.ir/fa/news/3862397

captcha