IQNA

İraq Amerikaya xəbərdarlıq edib

11:54 - March 14, 2020
Xəbər sayı: 3486906
Tehran (IQNA) - Kərbəla hava limanı və bir sıra təhlükəsizlik obyektlərinin vurulmasından sonra İraq hökuməti ABŞ-a nota verib.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyi bəyanat verib.

İraq hökuməti bildirib ki, ötən gün ABŞ-ın səfiri XİN-ə çağırılıb və ölkənin etirazı qarşı tərəfə bildirilib.

İraq XİN-in bəyanatında gəlib ki, rəsmi Bağdad, ABŞ-ın ölkənin suverenliyini pozduğuna, təhlükəsizlik qüvvələri və mülki obyektləri hədəfə aldığına görə BMT Təhlükəsizlik Şurasına və BMT baş katibinə də şikayət edəcək.

Qeyd edək ki, ABŞ təyyarələri iki gün öncə Kərbəla hava limanı da daxil olmaqla İraqda bir neçə mülki və təhlükəsizlik obyektini hədəfə alıb. Bu hücumun nəticəsində İraq Ordusu, polis və Haşd-Şabinin 6 üzvü eləcə də bir mülki şəxs həyatını itirib.

captcha