IQNA

 Amerikada koronavirusdan ölənləri kütləvi qəbirdə dəfn edirlər

23:17 - April 10, 2020
Xəbər sayı: 3487055
Tehran (IQNA) -  Amerikanın Nyu-York şəhərində koronavirusdan ölənləri kütləvi məzarlıqlarda kütləvi şəkildə dəfn edirlər.

Nyu-York şəhərinin məsulları koronavirusdan ölənləri tabutlara qoyaraq Hart adasında böyük quyularda kütləvi basdırırlar.

Koronavirusdan ölənlərin sayının çoxluğu bu şəhərdə ölüxanalarda yer çatışmamazlığı yaradıb. Buna görə də qurbanların ailələri yaxınlarının meyitini almaq fürsəti əldə edə bilmirlər.

PUA-lar tərəfindən çəkilmiş bir şəkildə cari həftənin Cüməaxşamı günü (9 Aprel 2020) 40 tabutun bir quyuda basdırıldığı məlum olub.

Qeyd edək ki, Nyu-Yorkda 161 min nəfərdən çox insan koronavirusa yoluxub. Onların 7 mindən çoxu həyatını itirib.   

3890598

Teqlər: koronavirus ، amerika ، nyu-york
captcha