IQNA

Nyu Cersi müsəlmanları polis zorakılığını məhkum etdilər

23:45 - June 14, 2020
Xəbər sayı: 3487397
Tehran (IQNA) -  Nyu Cersi əyalətinin müsəlmanları Nyu Ark şəhərində aksiya keçirərək Amerika polisinin irqçi, kobud və zorakı davranışına etiraz ediblər.

Aksiya iştirakçıları Corc Floydun polis tərəfindən vəhşicəsinə öldürülməsini və onların vətəndaşlarla irqinə və dininə görə fərqli rəftarlarını məhkum ediblər.

Şimali Amerikanın İslam Mərkəzinin sosial ədalət şurası polisin rəftarının islah edilməsini və polislərə müxtəlif irqlər və dinlərin nümayəndələri ilə necə rəftar etməli olduqlarının öyrədilməsini istəyib.

Etiraz aksiyasına qoşulanlar Corc Floydun ölümündən narahat olduqlarını və Afrika əsilli qardaş və bacıları ilə həmrəy olduqlarını elan ediblər.

Bundan əlavə Amerika Müsəlmanlarının Sosial Ədalət Şurası (İCNA) bu cinayətdə təqsirli bilinən dörd polis işçisinin ikinci növ qatil kimi tanınmaları üçün onlayn imza toplayıb.

Aksiyanın sonunda keçirilən toplantıda müxtəlif dinlərin və millətlərin nümayəndələri, bəzi dövlət rəsmiləri və İslam mərkəzlərinin rəhbərləri və camaat imamları irqi və dini ayrıseçkilik barədə çıxış ediblər. 3904876

تجمع مسلمانان نیوجرسی برای محکومیت خشونت پلیس آمریکا / آماده

تجمع مسلمانان نیوجرسی برای محکومیت خشونت پلیس آمریکا / آماده

captcha