IQNA

Ayətullah Təsxiri vəfat etdi

13:28 - August 18, 2020
Xəbər sayı: 3487914
Tehran (IQNA) - Mərhum Ayətullah Təsxiri bundan öncə Ali Rəhbər Ayətullah Xameneinin İslami Məzhəblərin Beynəlxalq Yaxınlaşması Asambeleyasının (İMBYA) baş katibi vəzifəsində çalışıb.  

"İnna lillah və inna ileyhi raciun"
Müsəlmanların Ali Məqamlı Rəhbəri və İslam İnqilabının Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin  İslam Dünyası İşləri üzrə müşaviri Ayətullah Məhəmməd Əli Təsxiri vəfat edib. 
Ayətullah Təsxiri ürək xəstəliyi səbəbiylə bu gün (18 Avqust 2020-ci il) günorta saatlarında 76 yaşında  ikən vəfat edib. 
Qeyd edək ki,  mərhum Ayətullah Məhəmməd Əli Təsxiri bundan öncə Ali Rəhbər Ayətullah Xameneinin İslami Məzhəblərin Beynəlxalq Yaxınlaşması Asambeleyasının (İMBYA) baş katibi vəzifəsində çalışıb. 

Ayətullah Təsxiri bir çox siyasi, dini və ictimai vəzifələrdə çalışmaqla yanaşı universitet və dini elmi hövzənin ustadı idi. O, dini elmlər sahəsində, o cümlədən fiqh, təfsir və İslami iqtisadiyyat barədə 50 kitabın müəllifidir. 13 kitabı fars dilindən ərəb dilində tərcümə etmişdir.

Bundan əlavə o, müxtəlif mövzularda 350 elmi məqalə təlif və ya tərcümə etmişdir.

Həmçinin universitet və hövzədə yazılan 20-dən çox elmi işin elmi rəhbəri olmuşdur.  

Ayətullah Təsxiri 650 televiziya və radioa proqramında mütəxəssis kimi iştirak etmiş və dünyanın 200 qəzet və jurnalında müsahibə vermiş və 200 beynəlxalq seminar və konfransa qatılmışdır.

Onun Ərəb dilində 30 qəsidəlik "Övraq və Ə`maq" adlı şer divanı vardır.    

 
Allah rəhmət eləsin!
captcha