IQNA

Səudiyyə Ərəbistanda Quran dərsləri onlayn davam edir

10:36 - October 11, 2020
Xəbər sayı: 3488339
Tehran (IQNA)  - Səudiyyə Ərəbistanın İslami İşlər, Təbliğ və İrşad naziri Quran hifzi məktəblərinin öz işlərini distant təhsil sistemi ilə onlayn davam etdirəcəyini bildirib.

Səudiyyə Ərəbistanın İslami İşlər, Təbliğ və İrşad naziri Quran hifzi məktəblərinin öz işlərini distant təhsil sistemi ilə onlayn davam etdirəcəyini bildirib.

Səudiyyə Ərəbistanın İslami İşlər, Təbliğ və İrşad naziri Şeyx Əbdüllətif Ali-Şeyx bu qərarın koronavirus pandemiyasının yayılması səbəbi ilə verildiyini deyib.

O əlavə edib ki, ölkənin bütün Quran hifzi məktəbləri, Darul-Quranlar və dini təhsil ocaqları onlayn təhsil sistemində fəaliyyət və dərslərini davam etdirəcəklər.

Şeyx Əbdüllətif Ali-Şeyx bildirib ki, ölkədə Quran müəssisələrində təhsil alan bir milyondan çox oğlan və qız var və onların sağlamlığını qorumaq lazımdır. Buna görə də bütün dini təhsil ocaqları və Quran öyrətmə mərkəzləri xəstəliyin qarşısının alıması üçün lazım olan bütün göstərişlərə əməl etməlidirlər.  /3928510

captcha