IQNA

VI Beynəlxalq ƏRBƏİN Mükafatının yekun mərasimi keçiriləcək

8:48 - December 25, 2020
Xəbər sayı: 3488918
Tehran (IQNA) -  Ürəklər Sərdarı Şəhid General-Leytenant Hacı Qasim Süleymaninin və silahdaşlarının şəhadətinin ildönümü münasibəti ilə təşkil edilən ƏRBƏİN Mükafatının yekun mərasimi keçiriləcək.

Ürəklər Sərdarı Şəhid General-Leytenant Hacı Qasim Süleymaninin və silahdaşlarının şəhadətinin ildönümü münasibəti ilə təşkil edilən ƏRBƏİN Mükafatının yekun mərasimi keçiriləcək.

"Müqavimət Generalları; ƏRBƏİN təhlükəsizliyinin qoruyucuları" devizi ilə başladılan "VI Beynəlxalq ƏRBƏİN Mükafatı"nın yekun mərasimi 2020-ci ilin Dekabr ayının 27-də Tehran vaxtı ilə saat 10:00-da  İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının "əz-Zəhra (s) Hüseyniyyəsi"ndə keçiriləcək.

Ürəklər Sərdarı Şəhid General-Leytenant Hacı Qasim Süleymani, Şəhid Əbu Mehdi Mühəndis və onların silahdaşlarının şəhadətinə həsr edilmiş bu mərasimdə siyasi, mədəni və dini şəxsiyyətlər iştirak edəcəklər.

Beynəlxalq miqyasda keçirilən bu dini-mədəni proqramın qaliblərinin ƏRBƏİN mərasiminə həsr edilmiş foto, film və səfərnamə mövzularında əsərləri mükafatlandırılacaq.

Dünyanın 20 ölkəsindən əsərlər göndərilən bu proqramın qaliblərinə və həmçinin uyğun mövzuda sosial şəbəkə aktivlərinə hədiyyələr veriləcək.

Yekun mərasimində VII Beynəlxalq ƏRBƏİN Mükafatının posterinin (afişa və plakat) təqdimat mərasimi və seçilmiş əsərlərin sərgisi keçiriləcək.

Yekun mərasimi İran televiziya kanallarından, "icro.ir" və "intlarbaeen.com" saytından və @ intel_arbaeen_award instagram səhifəsindən canlı yayımlanacaq. /3942601

     

  

 

captcha