IQNA

Fələstin: İsrailin məqsədi regionu dini münaqişəyə sürükləməkdi

22:49 - January 25, 2021
Xəbər sayı: 3489137
İsrail hərbçilərinin işğal edilmiş Şərqi Qüdsdəki Əl-Əqsa məscidi ərazisində yerləşən Qubbət əs-Səhra məscidinə basqını bütün ərəb və müsəlman dünyasının qəzəbinə səbəb olub.

İsrail hərbçilərinin işğal edilmiş Şərqi Qüdsdəki Əl-Əqsa məscidi ərazisində yerləşən Qubbət əs-Səhra məscidinə basqını bütün ərəb və müsəlman dünyasının qəzəbinə səbəb olub.

Az.shafaqna.com Fələstin mənbələrinə istinadla xəbər verir ki, belə bir bəyanatla Fələstin XİN çıxış edib.

Sənəddə bildirilir ki, məscidə daxil olan sionist əsgərlər məbəddə restavrasiya işləri ilə məşğul olan işçiləri həbslə təhdid ediblər. Bildirilir ki, bu basqın 1 gün öncə Əl-Mərvani məscidində aparılan zəruri təmir işlərinin əngəllənməsindən sonra baş verib.

“Əl-Əqsa məscidi ətrafında süni surətdə yaradılan vəziyyət regionu dini münaqişə girdabına sürükləmək cəhdindən başqa bir şey deyil”, – bəyanatda vurğulanır.

Fələstin XİN YUNESCO-ya müraciət edərək, təşkilatdan “müsəlman və xristianların müqəddəsatlarına hücumlarla mübarizə” sahəsində üzərinə düşən vəzifələri icra etməsini tələb edib.

Teqlər: fələstin ، qüds ، xİn ، YUNESCO
captcha