IQNA

ABŞ Ənsarullah hərəkatını sanksiya etməkdən geri çəkilib

18:28 - January 26, 2021
Xəbər sayı: 3489142
Amerikanın maliyyə nazirliyi Yəmənin Ənsarullah hərəkatı üçün müvəqqəti sanksiya güzəşti verib.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) SəhərAzəri-yə istinadla xəbər verir ki, Nazirlik Tehran vaxtı ilə dünən gecə bildirib ki, Vaşinqton Yəmənin Ənsarullah hərəkatına qarşı sanksiyaların bir hissəsi üçün biraylıq güzəşt veribdir.

Amerika maliyyə nazirliyinin bildirdiyinə görə, Yəmənin Ənsarullah hərəkatı və ya əlli faizindən çoxu bu hərəkata aid olan orqan və şirkətlər güzəşt lisenziyasının B bəndində izah edilən bəzi hallar istisna olmaqla fevralın 26-sı saat 00-01 dəqiqəyədək «sanksiyadan güzəşt»ə şamil olacaq.

Amerika maliyyə nazirliyinin biraylıq lisenziyasının B bəndində bildirilibdir ki, Yəmənin Ənsarullah hərəkatı ilə bağlı olan fiziki və hüquqi şəxslərin yanvarın 25-dək dondurulmuş hesabları, həmçinin Amerikanın sözdə «terrorizmlə mübarizə» qaydalarına görə, qadağan olan bütün maliyyə mübadilə və fəaliyyətləri bu biraylıq güzəştə şamil olmayacaq.

ABŞ prezidenti Co Baydenin təklif etdiyi dövlət katibi Toni Blinken də son zamanlar demişdi ki, Vaşinqton Yəmənin Ənsarullah hərəkatının terrorçu elan edilməsi məsələsini yenidən nəzərdən keçirəcək.

Yəmənin müxtəlif əyalətləri dünən axşam Ənsarullah hərəkatını himayə istiqamətində yəmənlilərin milyonluq yürüşünün şahidi olublar.

Yəmənlilər bu yürüşlərdə Amerikanın keçmiş hökumətinin Ənsarullah hərəkatını terrorçu adlandırmaq və bu hərəkatın bir qrup liderini sanksiya etmək üzrə hərəkətini pisləyiblər.

Tramp hökuməti özünün son günlərində bir çox beynəlxalq təşkilat və ölkənin kəskin reaksiyası ilə üzləşən bir addımda Yəmənin Ənsarullah hərəkatının adını xarici terror təşkilatları siyahısına salaraq, bu hərəkata qarşı sərt sanksiyalar tətbiq etdi.

Tramp hökuməti Yəmənin Ənsarullah hərəkatını terrorçu adlandırmaqla Yəmən xalqının müqavimətini zəiflətmək və onu təcavüzkar səud koalisiyası ilə mübarizədə təslim olmağa məcbur etmək ardınca olubdur.

Amerika təcavüzkar səud koalisiyasının Yəmənə qarşı savaşının əsas himayədarlarındandır.

Teqlər: abş ، yəmən ، Ənsarullah ، iqna
captcha