IQNA

"Hizbullah" lideri Ayətullah Xameneiyə təşəkkür mesajı göndərdi

18:07 - March 06, 2021
Xəbər sayı: 3489409
Seyid Həsən Nəsrullah İran İslam İnqilabının Ali Dini Lideri Ayətullah Üzma Seyid Əli Xameneiyə böyük mütəfəkkir Şeyx Əhməd əz-Zeynin vəfatı səbəbilə başsağlığı mesajı verdiyi üçün təşəkkür edib.

Livan "Hizbullah" hərəkatı baş katibi Seyid Həsən Nəsrullah İran İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xameneiyə böyük mütəfəkkir Şeyx Əhməd əz-Zeynin vəfatı səbəbilə başsağlığı mesajı verdiyi üçün təşəkkür edib.

Livan İslam Müqaviməti Hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın yayımladığı mesajda aşağıdakı ifadələr yer alıb:  

"İtirdiyimiz əzizin yolunu davam etdirəcəyimizə və inandığı məqsəd və ideallara çatmaq üçün daim çalışacağımıza söz veririk".  

İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xamenei cənabları Livan "Hizbullah" hərəkatının baş katibi Həsən Nəsrullaha göndərdiyi mesajda Livan Müsəlman Alimlər Cəmiyyətinin sədri Şeyx Əhməd əz-Zeynlə əlaqədar başsağlığı vermişdi. /iqna

captcha