IQNA

Bu ilin fitrə zəkatının miqdarı elan edildi

10:18 - May 12, 2021
Xəbər sayı: 3489800
Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin dəftərxanası 2021-ci ilin (1442 hq) mübarək Ramazan ayı üçün Fitrə Zəkatının miqdarını elan edib.

Şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin dəftərxanası 2021-ci ilin (1442 hq) mübarək Ramazan ayı üçün Fitrə Zəkatının miqdarını elan edib.

Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin dəftərxanasının İstiftaat (sual-cavab) şöbəsinin məsulu Höccətul-İslam vəl-Müslimin Məhəmməd Rzayi bu barədə deyib: Bu dövrdə dünya əhalisinin əsas ruzisi buğda və buğda məhsullarıdır. Buna əsasən hər nəfər üçün 3 kq buğda hesabı ilə bu il hər nəfər üçün Fitrə Zəkatının miqdarı 20 min tüməndir (təqribən 1.70 manat).

O əlavə edib: Fitrə Zəkatını düyü ilə vermək istəyənlər əgər İran düyüsündən istifadə edirlərsə, 100 min tümən (təqribən 8.50 manat), xarici düyüdən istifadə edirlərsə, hər nəfər üçün 75 min tümən (6.50 manat) nağd pul müstəhəqqə (yoxsul, fəqir) ödəməlidirlər.

Höccətul-İslam vəl-Müslimin Məhəmməd Rzayi əlavə edib: Fitrə Zəkatı bayram günü Zöhr (günorta) namazına qədər yerinə çatdırılmalıdır. Firt bayrmı namazı qılanlar isə bayram namazından öncə Fitrə Zəkatını evdən çıxarmalı və ehtiyaclıya çatdırmalıdırlar.

Həmçinin qəsdən orucunu pozanlar hər gün üçün 300 min tümən (25 manat) və üzürlü səbəbdən oruc tutmayanlar hər gün üçün 5 min tümən (təqribən 0.50 qəpik) kəffarə ödəməlidirlər. / 5208717

captcha