Qurani-Kərimi ilk dəfə Gücəri (Gurjari/Gojri) dilinə tərcümə edən tanınmış əhli-sünnə alimi və müfti Kəşmirin Camu əyalətinin Srinaqar şəhərind dünyasını dəyişib.
IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Böyük Kəşmir" informasiya portalına istinadla verdiyi xəbərə görə, məşhur müsəlman alim Müfti Feyz əl-Vəhid cari həftənin Çərşənba Axşamı günü, 1 iyun 2021-ci il, Camunun Tibbi Elmlər Universitetinin xəstəxanasında vəfat edib.
Koronavirus və bədən üzvlərinin çatışmamazlığı səbəbi ilə dünyasını dəyişən alim 1966-cı ildə Kəşmirin Racvəri rayonunun Dudasan kəndində anadan olmuşdu.
O, Qurani-Kərimi Gücəri dilinə tərcümə etməsi ilə məşhurlaşdı.
Gücəri dili Hind-Avropa dilləri qrupundandır. Hindistan, Pakistan və Əfqanıstanda iki milyona yaxın insan bu dildə danışır.
Bundan əlavə Müfti Feyz əl-Vəhid Quran, hədis və fiqh və üsul qaydaları barədə bir neçə kitabın da müəllifidir.
Müfti Feyz əl-Vəhid Camunun Quran Maarifi Mərkəzinin nəzdində fəaliyyət göstərən İslami Elmiyyə Mədrəsəsinin müdiri və İslami Fiqh ustadı idi. / iqna