Rusiya Federasiyası Başqırdıstan Respulikası yollarında 6 ədəd modul tipli məscid quraşdırılıb.
Namaz üçün nəzərdə tutulmuş ibadət otaqları səfərdə olan dindarlar üçün quraşdırılır.
Bir bu cür otağın sahəsi təxminən 10 kvadrat metrdir. O, işıqlandırma, hərəkət ötürücüsü, yanğınsöndürən, dərman qutusu və isti döşəmə ilə təchiz edilib.
Ən son modul tipli ibadətgahlar elektron qıfılla təchiz ediliblər. Oraya daxil olmaq üçün qeydiyyatdan keçmək və sms kod əldə etmək lazımdır. /dumrb.ru/