IQNA

"Sünni və şiə arasında ixtilaf yaratmaq düşmənin silahıdır"

7:31 - October 18, 2021
Xəbər sayı: 3491008
Ayətullah Əraki: Əfqanıstan xalqının ölkənin idarəçiliyi və təhlükəsizliyinin qorunmasında iştirak etməsi bu ölkəni gücləndirəcək və xalq düşmənlərə qarşı daha yaxşı mübarizə apara biləcək.   

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən gün (Bazar, 17 Oktyabr 2021) İran İslam Respublikasının müqəddəs Qum şəhərinin Ali Dini Elmi Hövzəsinin Feyziyyə mədrəsəsində Əfqanıstan şiələrinin məzlumcasına və rəhimsizcəsinə qətliam və terror edilməsinə qarşı etiraz toplantısı keçirilib.

Toplantıda çıxış edən Qum Ali Dini Elmi Hövzəsinin Ali Şurasının və Müəllimlər Heyətinin üzvü Ayətullah Möhsin Əraki deyib:

"Əfqanıstanda baş verən son iki hadisə bütün vicdanlı insanların qəlbini yandırıb. Bu gün Hüseynçilərin cəbhəsi hər yerdə daha da möhkəmlənməlidir. Çünki bu cinayətlər göstərir ki, hələ də kimlərsə İmam Əli (ə) övladları ilə müharibə və düşmənçilikdədirlər.

Bu gün Qum Elmi Hövzəsi bütün ustad və tələbələri ilə buraya toplaşaraq düşmənə elan edir ki, sizin törətdiyiniz vəhşicəsinə cinayətlər İmam Hüseyn (ə) yoluna əngəl ola bilməyəcək və bu yol həmişə davam edəcək.

Bu qətliamlar bizi "müqavimət" yolundan saxlamayacaq, həmişə General Süleymanilər və Şəhid Əbu Mehdi Mühəndislər var və bu yolu davam etdirəcəklər.

Cinayətkar Amerika və xaniçən İsraili tam şəkildə məğlub edincəyədək bu müqavimət davam edəcək.  

Biz bu gün buraya toplaşmışıq ki, düşmənlərə Əfqanıstan xalqının tək olmadığını elan edək və deyək ki, onların qəmi bizim qəmimiz və onların qanı bizim qanımızdır.

İnşaallah, bu meydanın qaibi şiələr və Əfqanıstanın müqavimət cəbhəsi olacaq. Bu gün hamı Əfqanıstan cəbhəsinə dəstək əlini uzatmalıdır.

Biz Əfqanıstana hakimlik edənlərdən istəyirik ki, bu ölkənin məzlumlarına xüsusi diqqət və qayğı göstərsinlər.

Biz bu hadisələrdə əziyyət çəkənləri və zülm görənləri dəstəkləyir və bu ölkənin məsullarından xalqın təhlükəsizliyini təmin etmələrini istəyirik."

Ayətullah Əraki xatırladıb: Əfqanıstan xalqının ölkənin idarəçiliyi və təhlükəsizliyinin qorunmasında iştirak etməsi bu ölkəni gücləndirəcək və xalq düşmənlərin hiyləsinə qarşı daha yaxşı mübarizə apara biləcək.   

Qum Ali Dini Elmi Hövzəsinin Ali Şurasının üzvü əlavə edib: Biz buradan cinayətkar Amerika və İsrailə xəbərdarlıq edirik ki, region müsəlmanlarının səbr kasası daşıb. Əgər bu çirkin cinayətlərindən əl götürməsələr xalqın intiqamçı əli onları cəzalandıracaq və etdiklərinə görə peşiman edəcəklər.

Ayətullah Əraki vurğulayıb: Bu gün İslam dünyasının vəhdəti həmişə olduğu kimi vacib və İlahi bir fərzdir. Əfqanıstan xalqı bilsin ki, düşmən bu kimi cinayətlərlə təfriqə toxumu səpmək və iğtişaş yaratmaq istəyir. Bizim təfriqəyə düşməyimiz və parçalanmağımız düşməni öz hədəfinə çatdırır.

O vurğulayıb: Bizim vəzifəmiz şiə və sünni arasında təfriqə salmaq istəyən düşməni məyus etməyə çalışmaqdır. Düşmənlər bu təfriqəni yaratmaq və regiona hakimliyini tamamlamaq üçün çox böyük vəsait xərcləyir. Biz də elan edirik ki, düşmənin bu hiyləsi və məkirli planı baş tutmayacaq.  / 4005827

Teqlər: israil ، vəhdət ، şiə ، sünni ، Əfqanistan ، terror ، qum ، elmi hövzə
captcha