IQNA

Minneapolis İslam Mərkəzində təxribat

15:48 - November 22, 2021
Xəbər sayı: 3491242
Minneapolisin şimal-şərqində yerləşən İslam Əl-Qələm Mərkəzi naməlum şəxs tərəfindən hücuma məruz qalıb.

"İQNA", "CBS Minnesota"-ya istinadən xəbər verir ki, Minneapolis polisinin məlumatına görə, noyabrın 21-də İslam Əl-Qələm Mərkəzinə naməlum şəxs hücum edib. Bu İslam mərkəzinin təhlükəsizlik kameraları yerindən çıxarılıb.

Təhlükəsizlik kameralarının videosunda kameraları götürüb sındıran bir adam görünür.

İslam Əl-Qələm Mərkəzinin icraçı direktoru Əbdül-Fəttah Əbdi, mediaya deyib: "Hesab edirəm ki, bu, təxminən bir həftə əvvəl mərkəzdə bir neçə avtomobilə hücum edən həmin şəxsdir."

Polis bildirib ki, təxribatla bağlı məlumatı olan hər kəs Minneapolis Polis İdarəsi ilə əlaqə saxlamalıdır.

Minneapolis Minnesota ştatının ən böyük şəhəridir və təxminən 420.000 əhalisi var.

4015305

captcha