IQNA

Ayətullahül-üzma Safi Qolpayeqani Haqq Dərgahına qovuşdu

10:04 - February 01, 2022
Xəbər sayı: 3491668
Həzrət Ayətullahül-üzma Safi Qolpayeqani ürək dayanması və reanimasiya əməliyyatının uğursuzluğundan sonra gücə saat 1:00 radələrində Qum şəhərində dünyasını dəyişib.

Bu möhtərəm və nüfuzlu din xadimi bərəkətli ömrü boyunca Qum şəhərindəki dini hövzələrdə dərs və araşdırma aparmış, yüzlərlə tədqiqatçı yetişdirmiş və onlarla güclü elmi əsərlər yazıb yaratmışdır.

Aliməqamlı təqlid mərcəyinin siyasi fəaliyyətləri də olmuşdur. O, İslam İnqilabının qələbəsindən sonra İmam Xomeyninin (rəh) fərmanı ilə  ölkəyə yeni konstitusiya hazırlayan Mütəxəssislər Məclisinin üzvü oldu, ardınca isə Konstitusiyaya Nəzarət Şurasının üzvü və katibi təyin edildi.

İQNA Xəbər Agentliyi bu ağır itki ilə əlaqədar olaraq İslam İnqilabının Aliməqamlı Rəhbərinə,  Həzrət Vəli-Əsrə (əc), ruhaniyyət seminariyalarına və dünya şiələrinə dərin hüzünlə başsağlığı verir.

Allah rəhmət eləsin!

4032853

captcha