IQNA

Hindistanda Karnataka tələbələrinə hicab qadağan edilib

20:59 - February 07, 2022
Xəbər sayı: 3491698
Hindistanın Karnataka əyaləti müsəlman tələbələrin məktəb və universitetlərdə hicab taxmasını qadağan edib.

"İQNA", "Ərəbi 21"-ə istinadən xəbər verir ki, Hindistanın cənubundakı Karnataka əyalətinin daxili işlər naziri Araqa Qnanindra, əyalətin rəsmilərinin məktəblərdə və universitetlərdə hicabın qadağan edilməsi qərarını açıqlayıb. Bu qərar dini təhsildən uzaq tutmaq üçün verilib.

Bu qərar Hindistan müsəlmanları tərəfindən geniş etirazla qarşılanıb. Çünki qız tələbələr artıq məktəbə və universitetlərə daxil ola bilmirlər. Onlar hər gün məktəb və universitetlərin qarşısında dayandırılır.

Bununla bağlı müsəlman tələbələr əyalətin daxili işlər nazirinin qərarına etiraz aksiyası keçiriblər. Lakin ekstremist hindular onlara hücum edərək etirazları pozmağa çalışıblar.

4034593

 

captcha