IQNA

"Cameye-müdərrisin" sədri "İQNA"-ya təşəkkür edib

14:58 - April 19, 2022
Xəbər sayı: 3492096
Qum Elmi Hövzəsinin "Cameye-müdərrisin" (Ali ustadlar şurasının) sədri Beynəlxalq Quran Xəbər Agentliyinin (İQNA) 19-cu yaşı münasibətilə verdiyi mesajda bu dini medianın fəaliyyətini, jurnalistlərini və idarəçilərini yüksək qiymətləndirib.

İQNA-nın müxbirinin verdiyi məlumata görə, "Cameye-müdərrisin" (Ali ustadlar şurasının) sədri və Elmi Hövzələrin Ali Şurasının katibi Ayətullah Seyyid Haşim Hüseyni Buşehri, bildirib ki, Qurani-Kərimin səmavi nurunu bəşər cəmiyyətində əks etdirən bu böyük xəbər agentliyinin güzgü kimi fəaliyyəti bu şanlı medianın sadiq idarəçilərinin yüksək əzmkarlığının göstəricisidir.

Ayətullah Seyyid Haşim Hüseyni Buşehrinin mesajı belədir:

Bismillahir-Rəhmanir-Rəhim

"Həqiqətən bu Quran (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir". (İsra surəsi ayə 9).

Qəməri təqvimi ilə 15-ci əsrin əvvəllərində dünya bizə yumşaq və sərt sosial və fərdi münaqişələrin, habelə insanların real və qanuni hüquqlarının çətin mənzərəsini göstərir. Elə bir şəkildə ki, yer kürəsində insanın gələcək həyatının müxtəlif üfüqlərini qarışıq və təlatümlü edir.

Bu qaranlıq səhnədə bəşəriyyətin xilaskarı sayıla biləcək yeganə ümid pəncərəsi ilahi vəhyin xoş işığı və rezonansıdır. Həmçinin varlığın ən möhkəm kitabı Qurani-Kərimə sığınmaqdır.

Şanlı İQNA xəbər agentliyi güzgü kimi Quranın səmavi nurunu bəşər cəmiyyətində əks etdirməyə və onu dünyanın 20-dən çox canlı dilinə yaymağa çalışır. Bu da, Qurani-Kərimi dinləyən bütün insanlara bu Quran mediasını əlçatan etmək üçün idarəçilərin yüksək əzmini göstərir.

Şübhəsiz ki, bu qiymətli xəbər agentliyinin ciddi xəbər prosesində "Nəbə əzim"ə (böyük xəbərə) baxışı minlərlə Quran müxbirindən faydalanmaqla bu böyük toplu üçün fəxr ediləsi uğur və güc qazandırdı. Buna görə də o, bir çox ekspertlər tərəfindən yüksək qiymətləndirilir.

Bu yazının sonunda Qurani-Kərimin müqəddəs nuru ilə dolu bu ayda yeni əsrin əvvəllərində bu Quran xəbər agentliyinin dünya ictimaiyyətinin Quran bəyənən bir topluma çevrilməsində böyük uğur qazanmasını Uca Allahdan diləyirəm.

Ayətullah Seyyid Haşim Hüseyni Buşehri

"Cameye-müdərrisin" (Ali ustadlar şurasının) sədri

4050646

captcha