"İQNA", Astan Müqəddəs Hüseyni İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, Astan Hüseyni Darul-Quranının müavinliyi, "Qurani-Kərim və cəmiyyətin müasir problemləri" adlı dördüncü İmam Hüseyn (ə) konfransını Kərbəlada Əz-Zəhra qadınlar universitetində dünən, mayın 10-da təşkil edib.
Darul-Quranın rəhbəri Şeyx Xeyrəddin Hadi deyib: "Konfransda yeddi ölkə və yeni mövzular üzrə bir qrup tədqiqatçı iştirak edib. Dini məktəb tədqiqatçılarının fikirləri ilə universitet tədqiqatçılarının fikirlərini birləşdirməyə çalışdıq".
Mosuldakı Əl-Həmdaniyyə Universitetinin ərəb dili kafedrasının müdiri Xəlil Şükri Beynəlxalq Media Mərkəzinə deyib: "Bu konfrans mühüm konfranslardan biridir. Çünki o, sosial məsələlərə və onların bir-birinə münasibətinə diqqət yetirir. Cəmiyyətlərin Quran kontekstinə uyğun olaraq həll edilməli olan bir çox problemləri var. Çünki bu problemlərin islah edilməsi və İslam cəmiyyətinin agahlığının yüksəldilməsi üçün Quran biliklərinin yayılması lazımdır".