IQNA

Kərbəlanın şəxsiyyətlərini tanıyaq / 2

Kərbəlada İmam Hüseynlə (ə) birlikdə olmaq imkanı olmayanlar

12:01 - September 12, 2022
Xəbər sayı: 3492909
Kərbəla hadisəsinin çoxlu dərsləri var. Haqq ilə batil arasındakı bu cəbhədə insanların seçim və davranışları baxımından şəxsiyyətinin üzə çıxdığı bir vəziyyət yarandı. Bu insanların bir dəstəsi İmamla (ə) birlikdə ola bilməyən şəxslər idi.

Kərbəlada bəzi insanlar var idi ki, onlar da təbii ki, nicat tapan insanlardandırlar. Lakin onların tofiqi yox idi. Çünki İmama (ə) qarşı çıxmaq niyyətində deyildilər. Məsələn, Zəhhak ibn Abdullah Məşriqi Kərbəlaya gəlib Aşura gecəsini və səhərini, hətta Aşura axşamını dərk edən, lakin son anlarda döyüş meydanını və İmam Hüseyni (ə) tərk edən bu insanlar arasındadır.

Zəhhak İmam (ə) ilə şərt qoymuşdu ki, o, əlindən bir iş gələnə qədər qalacaq. İmam da buna icazə vermişdi. İmamın (ə) səhabələri şəhid olanda və İmamın (ə) .əhid ediləcəyi dəqiqləşəndə, Zəhhak qaçdı. Əlbəttə ki, biz bunu hikmət saya bilərik. Çünki o, Kərbəla hadisəsinin xəbərini çatdıranlardandır. Lakin onun niyyətinin nədən ibarət olması və Qiyamətdəki məqamının necə olması bizə aydın deyil. Amma əminik ki, onun məqamı Kərbəla şəhidlərinin məqamına bərabər olmayacaq.

İmam Hüseynin (ə) başqa bir səhabəsi Tirimmah ibn Əddidir. O, İmam Əlinin (ə) səhabələrindən biri və şiə idi. İmamın (ə) hakimiyyəti dövründə Şamda və Müaviyənin sarayında missiyası olub. O, şücaətli, şair və natiq idi. Hadisə zamanı Kufədə idi. İmam Hürrün qoşunu ilə üz-üzə gələndə gördülər ki, dörd atlı Tirimmah ilə birlikdə İmama qoşulub Kufədəki xəbərləri verdilər.

Tirimmah İmama (ə) dedi ki, Kufədə qələbə görmürəm və onlara Yəmənə getməyi təklif etdi. İmam (ə) bunu qəbul etmədi. Tirimmah dedi, o zaman icazə verin ki, ailəmin yemək və xərcini onlara verib geri qayıdım. İmam (ə) da buyurdu: Get tez qayıt. Tirimmah getdi və qayıdanda İmamın (ə) şəhidlik xəbərini eşidib çox peşman oldu.

O, nicat tapanlardandır. Lakin mərifəti daha yüksək olsaydı, vacibdən daha vacib olanı üstün tutması daha yaxşı olardı. O, imama (ə) deməliydi ki, mən sənə tam təslim olmuşam və nə desən, yerinə yetirəcəyəm.

* İslam tarixi ustadı Höccətül-İslam vəl-müslimin Məhəmməd Rza Cabbarinin “Aşura qiyamı qarşısında şəxsiyyətlərin tipologiyası” toplantısındakı sözlərindən götürülmüşdür.

4081322

captcha