IQNA

İslamın əqidə prinsipləri; Ədalət / 3

"Ədalət" və "Qist" kəlmələri arasındakı fərq

11:13 - December 07, 2022
Xəbər sayı: 3493380
Ərəb dilində bəzən birlikdə, bəzən də bir-birini əvəz edən iki söz var. Bununla belə, onların da bir-birilə fərqləri var və ayrı-ayrı da işlənirlər. Bu iki kəlmə “ədl” və “qist” kəlmələridir.

 

“Ədl” sözü ədalətsizliyin ziddi olub “hər şeyi öz yerinə qoymaq” və ya “hər şeyi düzgün etmək” mənasındadır.

Ərəb dilində bəzən birlikdə, bəzən də bir-birini əvəz edən iki söz var. Bununla belə, onların da bir-birilə fərqləri var və ayrı-ayrı da işlənirlər. Bu iki kəlmə “ədl” və “qist” kəlmələridir.

 Bəzən zülmə qarşı "ədalət", ayrı-seçkiliyə qarşı "qist" kəlməsi işlədilir.

 Bəzən ədalətli bölgüdə "qist" kəlməsindən istifadə edirlər, lakin "ədalət" kəlməsi ədalətli bölgüdə və hər hansı digər ədalətli işdə işlənilir.

  Bəzən "ədalət" hökumət və mühakimə barəsində işlədilir, "qist" isə hüquqların bölüşdürülməsi üçün istifadə olunur.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Ədalət)" kitabından götürülmüşdür.
captcha