IQNA

Belçikanın Gent Universiteti İsraillə əlaqələrini dayandırıb

9:39 - June 02, 2024
Xəbər sayı: 3496063
İQNA - Belçikanın Gent Universiteti İsraillə bütün akademik əməkdaşlıq müqavilələrini dayandırdığını açıqlayıb.

TRT Xəbər”in verdiyi məlumata görə, universitet rektoru Rik Van de Vallenin verdiyi yazılı açıqlamada qərara səbəb kimi “İsrailin törətdiyi insan haqları pozuntularının ölçüsü, müddəti və dərinliyi” göstərilib.

Bəyanatda universitet rəhbərliyinin İsrail universitetləri və elmi-tədqiqat qurumları ilə davam edən bütün akademik əməkdaşlığı dayandırdığı, əməkdaşlığa qanuni şəkildə son qoymaq mümkün olmasa da, universitetin müvafiq layihələrdən birtərəfli qaydada geri çəkiləcəyi bildirilib.

Belçikanın rəsmi xəbər agentliyi Belga-ya açıqlama verən Van de Valle, "Gent Universiteti Qəzzada baş verən çox ciddi insan haqları və beynəlxalq hüquq pozuntularına qarışmaq istəmir. Bu səbəbdən universitet bu ciddi insan hüquqları pozuntularında iştirak edən tərəfdaşlarla əməkdaşlıq etmək istəmir" dedi.

Brüsseldə İsrail əleyhinə etiraz aksiyası keçirilib

Brüssel Azad Universiteti mayın 28-də, Antverpen Universiteti isə mayın 30-da İsraillə əlaqələrini dayandırdığını açıqlayıb.

Mayın əvvəlində başlayan tələbə etirazları Belçikanın Brüssel, Gent, Antverpen, Leuven və Liege universitetlərində davam edir.

captcha