İslam dünyasının böyük bayramlarından biri olan Qədir-Xum bayramı hicri-qəməri təqvimi ilə zilhiccə ayının 18-də qeyd olunur.
Qədir-Xum Tədbirlərinin Koordinatoru Sasan Zari, "10 km Qədir-Xum şənlikləri adı altında Tehranda xüsusi tədbir keçiriləcək" dedi.
Bu il iyunun 25-də keçiriləcək tədbirlə bağlı məlumat verən Zari, "Bu il 2200 ehsan çadırının qurulması planlaşdırılan tədbirə 5 milyon insanın qatılacağını gözləyirik" dedi.
Sasan Zari ötən il paytaxtda keçirilən tədbirə təxminən 4 milyon insanın qatıldığını bildirib.
''Qədir'' müsəlmanların ən mühüm bayramlarından biridir. Tarixə və bir çox mənbələrə görə bu gündə peyğəmbərimiz Həzrət Məhəmməd (s) özünə canişin seçir və tərəfdarlarının rəhbərliyini Əbu Talibin oğlu Həzrət Əliyə (ə) həvalə edir və onu Allahın əmri ilə “vəli, qardaş və canişin” adlandırır.