IQNA

Aşura mərasiminə 6 milyona yaxın insan qatılıb

15:41 - July 19, 2024
Xəbər sayı: 3496364
İQNA – Kərbəla əyalət şurası cümə axşamı günü bildirib ki, Aşura mərasiminə İraq və digər ölkələrdən təxminən 6 milyon ziyarətçi qatılıb.

"İQNA", "Əl-Aləm"-ə istinadən xəbər verir ki, şuranın media şöbəsi bildirib: Bu il Kərbəlada İmam Hüseynə (ə) əzadarlıq etmək üçün Aşura mərasiminə qatılanların sayı 6 milyona çatıb.
İraq Media və Rabitə İdarəsi Aşura ziyarətini 725 jurnalistin və 84 peyk kanalının izlədiyini açıqlayıb.
İraq Elektrik İdarəsi öz bəyanatında Aşura mərasimi zamanı Kərbəlaya 24 saat elektrik enerjisinin verilməsini uğur kimi qiymətləndirib.
Nəcəf Beynəlxalq Hava Limanı da Məhərrəm ayının 1-dən 9-na kimi 71 mindən çox ziyarətçi qəbul etdiyini açıqlayıb.
 4227378

captcha