IQNA

Hizbullah Seyid Həsən Nəsrullahın şəhadətini təsdiqləyib

15:26 - September 28, 2024
Xəbər sayı: 3496763
İQNA - Livan İslami Müqavimət Hərəkatı (Hizbullah) mesaj yayaraq Seyid Həsən Nəsrullahın şəhadətini təsdiqləyib.

"İQNA"-nın "Əl-Mənar"-a istinadən verdiyi xəbərə görə, Livan İslami Müqavimət Hərəkatı (Hizbullah) Seyid Həsən Nəsrullahın şəhadətini təsdiq edən mesaj yayıb.
Livan İslami Müqaviməti bir bəyanatda elan etdi: "Livan İslami Müqaviməti bəyanat yayaraq bildirib: "Müqavimət rəhbəri, saleh bəndə, cəsur və igid lider, müdrik və bəsirətli mömin razılığı istiqamətində hərəkət etdiyi Rəbbin yanında əbədi şəhidlər karvanına qoşuldu".
Livan Hizbullahının baş katibi öz böyük və əbədi şəhidlərinə qoşuldu. O, 30 ilə yaxın bu böyük şəhidlərlə birlikdə olub və bu müddət ərzində onları qələbəyə aparıb.
4239154

captcha