IQNA

Sionist rejim Qəzza zolağında məscidi hədəfə alıb

18:31 - October 06, 2024
Xəbər sayı: 3496814
İQNA - Sionist rejimin Qəzza zolağının Deyr Əl-Bələh şəhərində məscidə etdiyi hücumda azı 18 nəfər şəhid olub. Onlarla insan yaralanıb.

Sionist rejimin Livan və Qəzzəyə vəhşicəsinə hücumları dünən gecədən bu gün səhərə qədər davam edərkən, ilkin hesablamalar onlarla mülki şəxsin şəhid olub və yaralanmasına dəlalət edir.
"Əl-Məyadin"-in verdiyi məlumata görə, bu gün səhər saatlarında İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzində, Deyr Əl-Bələhdə Əl-Əqsa Məscidi Şəhidləri Xəstəxanasının girişində çoxlu məcburi köçkün fələstinlinin sığındığı məscidi bombalayıb və nəticədə ən azı 18 nəfər şəhid olub.
Eyni zamanda, sionist rejimin Qəzza zolağının mərkəzində yerləşən Əl-Zəvaida bölgəsində fələstinli qaçqınların sığındığı İbn Rüşd məktəbinə təşkil etdiyi hücumda çoxlu sayda insanın yaralandığı açıqlanıb.

captcha