"İslamfond.ru" saytının verdiyi məlumata görə, çərşənbə axşamı, oktyabrın 15-də açılan sərgi Nur Mikrofilm Mərkəzi ilə birgə təşkil olunub.
Əslində Hindistanın Yeni Dehli şəhərindəki Nur Mikrofilm Mərkəzi əlyazmaların nadir və yüksək keyfiyyətli nüsxələrindən ibarət kolleksiya hazırlayıb.
Təşkilatçılar həmçinin bildiriblər ki, sərgidə İran, Rusiya, Hindistan və Orta Asiyada çap olunmuş islami kitablardan seçilmiş nümunələr nümayiş olunub.
Bu əsərlərin əksəriyyəti sözügedən sərgiyə İbn Sina Fondundan, Kazan Federal Universitetinin Elmi Kitabxanasından və Kazan Kreml Muzeyindən gətirilib.
Sərgidə həmçinin 10-15-ci əsrlərə aid nadir Qurani-Kərimlər, İranın Məşhəd şəhərindəki Astan Qüds Rəzəvi kitabxanasından olan təfsirlər və tərcümələr də yer alıb.
Sərgidə həmçinin, 15-ci əsr İslam miniatür sənəti ustadı Kəmaləddin Behzadın rəsmləri ilə bəzədilmiş Firdovsinin “Şahnamə”si və Nizami Gəncəvinin “Xəmsə”si kimi fars ədəbiyyatının şah əsərləri də nümayiş etdirilir.
Bu sərgidə Volqa, Kazan xanlığı və Rusiya imperiyasının müsəlman şair və ilahiyyatçılarının əsərləri, Kazan Federal Universitetinin kolleksiyasından 18-19-cu əsrlərə aid tatar əlyazmaları da diqqəti cəlb edib.
İbn Sina Fondunun təşəbbüsü ilə sərginin bir bölməsi "Şəms" surəsinin ayələrinə həsr olunub.
Sərgi 31 mart 2025-ci il tarixinədək davam edəcək.
4242687