IQNA

Yəhudi müəllim:

İsrail və Amerika dünya birliyi üçün ən böyük təhlükədir

2:58 - October 22, 2024
Xəbər sayı: 3496912
İQNA – Sionist rejimin hərəkətlərini tənqid edən yəhudi universitetinin ustadı bu rejimi beynəlxalq ictimaiyyət üçün böyük təhlükə kimi qiymətləndirib.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Muhlenberg Kollecinin yəhudi müəllimi Mora Finkelstein bildirib ki, o, anti-sionist bir paylaşma etdiyi üçün işindən qovulub.
O, bəyanatında həmçinin bildirib ki, işdən çıxarılması ABŞ-da ali təhsil və ifadə azadlığı üçün pis presedent yaradacaq.
O, “Anadolu” xəbər agentliyinə müsahibəsində özünü Fələstinin azadlığı üçün çalışan “anti-sionist yəhudi” kimi təqdim edib.
Finkelstein Pensilvaniyadakı bu kollecdə doqquz il Fələstin haqqında dərs deyən antropologiya ustadı idi.
O, sionist ailəsində böyüməsinə baxmayaraq, Oslo Sülh Müqaviləsində Fələstini təmsil etmək vəzifəsinin ona tapşırıldığını və həyatının dəyişdiyini izah edib.
Finkelstein, Holokostdan sonra ABŞ və dünyadakı yəhudilərin bir növ mənimsədiyi İsrail mifinin bir illüziya olduğunu bildirdi.
"Bu mif əslində fələstinlilərin soyqırım və mülksüzləşdirmənin şahidi olduğu bir müstəmləkə məskunlaşması layihəsi idi." dedi.
Universitet ustadı bildirib ki, işdən çıxarılmasına səbəb fələstinli şair Rimi Kenazinin İnstaqram səhifəsində sionit rejimi ilə normallaşmaya qarşı çıxması haqqındakı şeirini dərc etməsi olub.
4243269

captcha