Britaniyanın “The Guardian” qəzeti hökumətin müsəlmanları nifrət cinayətlərindən qorumaq planı çərçivəsində məscidlərin təhlükəsizliyini gücləndirmək üçün fond ayırdığını açıqlayıb.
Qəzetin yazdığına görə, bu məbləğ hökumətin 2016-2017-ci illər arasında məscidlərin mühafizəsi üçün ayırdığı 73 min funt-sterlinqdən çoxdur.
Bu qəzetin hesabatında, həmçinin özəl müsəlman mərkəzləri tərəfindən Daxili İşlər Nazirliyinə göndərilən təhlükəsizlik sorğularının sayında əhəmiyyətli bir artım olduğubildirilir. 2016-cı ildə 36 hadisə, 2023-cü ilin aprelindən 2024-cü ilin aprelinə qədər isə 304 hadisənin olduğu bildirilir.
Britaniya Müsəlman Şurası (MCB) büdcə artımını alqışlamaqla yanaşı, hökumətin 7 oktyabr 2023-cü ildə Əl-Əqsa Tufanı əməliyyatından sonra Britaniyada artan islamofob hadisələri düzgün qiymətləndirmədiyini bildirib.
"The Guardian" həmçinin bildirib ki, 2023-cü ildə profilaktik təhlükəsizlik dəstəyi üçün müraciət edən məscidlərin və İslam dini mərkəzlərinin sayı Britaniyadakı 2000-dən çox məscid və ibadət yerinin kiçik faizini təşkil edir.
Məsələ ilə bağlı İngiltərə Müsəlman Şurasının baş katibi Zara Məhəmməd bildirib ki, bu sahədə tələbatın az olması hal-hazırda kifayət qədər səy göstərilməməsi və ya müraciət prosesində problemlər ola bilər. O, bir çox məscidlərin bu büdcədən xəbərsiz olduğunu da bildirdi.
Keçən avqust ayında ifrat sağçı qrupların İngiltərədə məscidləri hədəf alması ilə müsəlmanlar üçün təhlükənin artdığını ifadə edən Zara Məhəmməd, müsəlmanların baş verənlərlə heç bir əlaqəsi olmasa da, yalnız yalan məlumatların yayılmasının onlara qarşı belə bir atmosferin yaranmasına səbəb olduğunu bildirib.
4243630