IQNA

Bağdadda xəttatlıqla yazılmış Qurani-Kərim sərgilənir

9:54 - October 26, 2024
Xəbər sayı: 3496931
İQNA - İraqın mədəniyyət, turizm və qədim əsərlər naziri 21 oktyabr bazar ertəsi Bağdadda Quran xəttatlığının xüsusi sərgisini açıb.

"Sumaria News" saytının verdiyi xəbərə görə, “Quran Xətt Sənəti” adlı sərgi İraq Xalq İncəsənət İdarəsi və İbn Bəvab İslam İncəsənət İnstitutu ilə əməkdaşlıq çərçivəsində keçirilib.
İraqın müxtəlif əyalətlərindən 30 xəttatının bir araya gəldiyi sərgidə ənənəvi İraq üslubunda xəttatlıq və Quran yazı əsərləri sərgilənib.
Xəttatlar Quran xəttatlığında öz bacarıq və istedadlarını nümayiş etdirmək üçün bir araya gəliblər.
İraq Xalq İncəsənət İdarəsinin baş direktoru Qasim Möhsün bildirib ki, bu sərgi Quran ayələrinin yazılmasını mənimsəyən mühüm bir xəttat qrupunun əlləri ilə Quran xəttatlığı sənətinə diqqət yetirdiyi üçün xüsusi əhəmiyyət kəsb edir.
Eyni şəkildə, o, Quran xəttatlığı sənətinin iraqlılar arasında xüsusi yeri və hörmətə malik olduğunu bildirdi.
4243732

 

kod
captcha