"Onanews"a istinadən, LPMQ (Quranın Redaktə Komitəsi) rəhbəri Əbdüləziz Sədqi bu Quranın nəşri ilə bağlı belə açıqlama verib:
"Bu Quranı işarət dilinə tərcümə etdik və deyə bilərik ki, bu, dünyada ilk dəfədir ki, işarət dili Quran tərcüməsində istifadə olunur."
Sədqi bildirib ki, bu işin ilkin mərhələsi 2020-2021-ci illər arasında başlayıb və Quran hərfləri üçün işarət dilində istifadə olunacaq simvollar və işarələr müəyyən edilib. Daha sonra Quranın Redaktə Komitəsi 2022 və 2023-cü illərdə Quranın 30-cu cüzünü işarət dilinə tərcümə edib. Komitə yaxın zamanda Quranın tam olaraq işarət dili ilə təqdim edilməsini planlaşdırır.
Sədqi işdə iki metodun birləşdirildiyini vurğulayıb: Yazı metodu və tilavət metodu. O deyib: "Əlhəmdülillah, bu iki metodu birləşdirərək nəşr etməyi bacardıq."
O həmçinin əlavə edib:
"Bu vasitə ilə eşitmə məhdudiyyəti və ya eşitmə zəifliyi olan şəxslər, eləcə də danışıqda çətinlik çəkənlər bu Qurandan faydalana biləcəklər."
Əbdüləziz Sədqi bildirib ki, 2024-cü ildə LPMQ Komitəsi işarət dili ilə tilavət metodundan istifadə edərək hazırlanmış 15 cüzlük Quran versiyasını tək cilddə nəşr edəcək və bu layihə 2025-ci ildə 30 cüzün tamamlanması ilə yekunlaşacaq.
4252342