IQNA

Rohingya qadınlarının düşərgələrdən qaçarkən çəkdikləri əzab və əziyyətlər

3:16 - December 27, 2024
Xəbər sayı: 3497318
İQNA - Rohingya qadınları Arakan və Banqladeşdəki düşərgələrdən qaçarkən çoxsaylı çətinlik və bəlalarla üzləşirlər.

"İQNA"-nın Arakan xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Rohingya qadın və qızlarının əzabları yalnız öz ana yurdları olan Myanmanın qərbindəki Rakhayn əyalətində qarşılaşdıqları ilə bitmir. Çünki onlar Rakhayn əyalətindəki zorakılıqdan qaçmağa və ya Banqladeşdəki qaçqın düşərgələrinin “cəhənnəmindən” çıxmağa çalışarkən insan alveri şəbəkələri ilə üzləşirlər.

Beynəlxalq Birma Xəbər Şəbəkəsi tərəfindən yayımlanan bir hesabata görə, bu şəbəkənin danışdığı 61 qadından əksəriyyəti insan alverçilərinin, o cümlədən cinsi istismar, döyülmə və silahlı hücum kimi qanunsuz əməllərinə məruz qaldıqlarını bildiriblər.

12 qadın və qız isə bildiriblər ki, insan alverçiləri tərəfindən ya meşələrdə, ya da qayıqlarda qaçmalarına kömək edənlər və ya hətta yad şəxslər tərəfindən cinsi zorakılığa məruz qalıblar.

Hesabatda qeyd olunur ki, bu qadınların çoxu digər ölkələrdə çalışan Rohingya kişilərlə evlənmək üçün səyahət edən gənc qadınlar olub. Onların əksəriyyəti yerüstü qaçaqmalçılıq marşrutları ilə Malayziyaya gediblər.

Hesabatda həmçinin insan alverçiləri tərəfindən yol boyu rüşvət verilməsinə baxmayaraq, Myanma hakimiyyəti tərəfindən qadınların tutulma riskinin çox yüksək olduğu vurğulanıb. Malayziyaya getmək istəyən 46 qadından yalnız 13-ü təyinat yerinə çata bilib.

Rohingya ailələri arasında qızlarını yoxsulluğun təzyiqi və daha yaxşı bir həyat ümidi ilə Malayziyada ərə getmək məqsədilə göndərmək adi bir haldır.

Malayziyaya yerüstü qaçaq yolla getməyin xərci Myanmar kyatı ilə 9-11 milyon (təxminən 4-5 min ABŞ dolları) arasında dəyişir və bu məbləğ vasitəçilərə ödənilir.

Hesabatda həmçinin Hindistana gedən qadınların da bu qanunsuz əməllərdən uzaq qala bilmədikləri təsdiqlənir. Belə ki, 8 qadın insan alverçiləri və Hindistan polis əməkdaşları tərəfindən pis rəftara məruz qaldıqlarını bildiriblər.

Hesabatda vurğulanır ki, yuxarıda adı çəkilən qadınların yarısı Myanmanın qərbindəki Rakhayn əyalətindən, qalan yarısı isə Banqladeşdəki düşərgələrdən çıxıb. Banqladeşdə bir milyondan çox qaçqın, sıxlıq içində və ağır şəraitdə yaşadıqları qaçqın düşərgələrindən daha yaxşı şərait axtarışı ilə çıxmağa çalışır.

4256020

captcha