IQNA

Qətərdə “Quran və İnsan Bacarıqları” Konfransı keçiriləcək

11:14 - January 25, 2025
Xəbər sayı: 3497495
İQNA - Qətərin Vəqf və Dini İşlər Nazirliyi gələn ilin oktyabr ayında Qətər Universitetində ilk illik beynəlxalq konfrans təşkil edəcək.

"Əl-Bəvabə Əl-Şark" internet saytının verdiyi xəbərə görə, “Quran və İnsan Bacarıqları; Müdrik İslam elmlərinə doğru” adı altında keçiriləcək konfrans bu ilin oktyabr ayında baş tutacaq.

İlk illik beynəlxalq konfrans Qətərin Vəqf və Dini İşlər Nazirliyinin İslam Araşdırmaları Departamenti və Qətər Universitetinin İbn Xəldun Humanitar və Sosial Elmlər Mərkəzi ilə birgə keçiriləcək.

Nazirlik izah edib ki, konfransın təşkilində məqsəd müasir insan və ictimai idrak diskursunun qurulmasında Quranın mərkəzi mövqeyini bərpa etmək, İslam elmləri ilə ictimai və humanitar elmlər arasındakı boşluğu doldurmaq, həmçinin dünyanın hər yerindən müxtəlif təcrübə sahələrindən olan müsəlman tədqiqatçıları cəlb etməkdir.

Həmçinin bildirilib ki, konfransın məqsədi İslam tədqiqatçılarını humanitar və sosial elmlərə sistemli qarşılıqlı fəaliyyətə və sərmayə qoymağa təşviq etməkdir.

Konfrans çərçivəsində İslam Tədqiqatçısı “Ümmətin İlk Kitabı” adlı məclis təşkil edib, məqsədi mədəni bir perspektivə nail olmaq, müsəlmanları ilahi mesajlar haqqında maarifləndirmək, müasir çağırışlarla mübarizə və cəmiyyəti maarifləndirməkdir.

Bu konfransda İslami dəyərlər işığında müasir, balanslı və sağlam müsəlman qadın kimliyi yaratmaq səyləri müzakirə ediləcək.

Konfransda iştirak etmək üçün Quran ayələri və Peyğəmbərin (s) sünnəsi əsasında humanitar fənlərdən biri üzrə elmi məqalə təqdim etmək lazımdır. Məqalələrin tezislərini təqdim etmək üçün son tarix fevralın 1-dir.

4261261

Teqlər: qətər ، quran ، konfrans ، müsəlman
captcha