“İQNA”-nın verdiyi məlumata görə, Quranın bu əlyazması hicri 1444-cü ildə İmam Hüseynin (ə) Ərbəin mərasimində iştirak edən zəvvarlar tərəfindən yazılıb və bu dəyərli əsərin nümayişi 32-ci Tehran Quran Sərgisinin beynəlxalq bölməsinin ziyarətçiləri tərəfindən rəğbətlə qarşılanıb.
Həzrət Abbas (ə) ziyarətgahının Elmi Quran Məclisinin stendində görkəmli İraq xəttatı Həmid əs-Sədinin əlyazması ilə yazılmış və İraq xəttatının əli ilə yazılan ilk Quran nüsxəsi sayılan Hərəmin əlyazmalarının birinci-altıncı nəşrləri də ictimaiyyət üçün sərgilənib.
Həzrət Abbasın (ə) hərəminin nüsxəsi də bu hərəmin stendinə xüsusi görkəm verir və bu qızıl simvolu görən ziyarətçilər Kərbəlada Əbülfəzl Abbasın (ə) hərəmini xatırlayırlar. Həmçinin zəvvarlar bu stendi ziyarət etməklə Həzrət Abbasın (ə) hərəminin yaşıl bayrağının püşkatma mərasimində iştirak etmək üçün öz adlarını və soyadlarını yazaraq təhvil verirlər.
Bu stenddə nümayiş etdirilən digər əsərlər arasında Həzrət Abbasın (ə) hərəminin Quran fəaliyyətini əks etdirən rəsmlər, o cümlədən Məqbərənin Quran hifzi layihəsi, “Nur evləri” layihəsi, Quran hifzi üzrə yay təlim kursları və Ərbəin ziyarətinin Quran dayanacaqları vardır.
Bu stenddə həmçinin Həzrət Abbasın (ə) hərəminin Quran elmləri, təfsiri, möcüzələri və Quran ritorikası, Quran qissələri və s. sahələr üzrə nəşrləri nümayiş etdirilir ki, 17 cildlik “Ət-Təfsirül-mənhəci lil-Quranil-kərim” təfsiri də bu bölmədə sərgilənən görkəmli əsərlərdəndir.
32-ci Beynəlxalq Qurani-Kərim sərgisi çərşənbə günü, martın 5-də Tehranın İmam Xomeyni (r.ə) namaz zalında “Quran, həyat yolu” şüarı ilə başlayıb və martın 16-sı bazar gününə kimi davam edəcək. Sərginin beynəlxalq bölməsində İraq, Pakistan, Türkiyə, Rusiya, Əlcəzair, Bosniya və Herseqovina, Fil Dişi Sahili və s. kimi ölkələr iştirak edir və bu ölkələrin sənətkarları Qurani-Kərim əsərlərini və rəsmlərini ictimaiyyətə nümayiş etdirirlər.
4271322