IQNA

Vəhdət həftəsi münasibətilə Dehlinin Quran müsabiqəsinə ev sahibliyi

12:50 - September 12, 2025
Xəbər sayı: 3498849
İQNA - Vəhdət həftəsi münasibətilə İranın Dehlidəki Mədəniyyət Evinin və Beynəlxalq Quran və Təbliğ Mərkəzinin təşkilatçılığı, həmçinin Dehlidəki İraq Mədəniyyət Nümayəndəliyinin əməkdaşlığı ilə 26-cı ümummilli Quran müsabiqəsinin açılış mərasimi keçirilib.

İranın Hindistandakı mədəniyyət attaşesi Fəridəddin Fəridəsr bu kimi proqramların İslam birliyinin rəmzi olduğunu bildirib və deyib: “Qurani-Kərim və Peyğəmbər (s) sünnəsi ətrafında birləşmək çox önəmlidir və İran İslam Respublikası bütün dəyərli sərvətlərini fəda etməklə dünya xalqlarına sübut edib ki, İslam ümmətinin birliyi və izzəti yolunda dayanıb.”

O əlavə edib: “Dünənədək bəziləri söz birliyinin əhəmiyyətini anlamırdılar, lakin bu gün düşmənlər İslamı məhv etmək üçün vəhşi sionist iti qabağa verdikdə, hamı bu birliyin əhəmiyyətini dərk edir. Əgər kimsə hələ də ixtilaf təbilini döyürsə, ya siyasi və ictimai dərkdən məhrumdur, ya da İslama xəyanət edir və hər iki halda ardınca getməyə layiq deyil.”

İranın Hindistandakı mədəniyyət attaşesi vurğulayıb: “Bu gün bir haqq cəbhəsi var, bir də batil cəbhəsi və kim sionistlərin qarşısında dayanırsa, şübhəsiz haqq cəbhəsindədir. Bu məsələ İran və İsrailin qarşıdurması deyil, İslam və küfrün qarşıdurmasıdır.”

Fəridəsr çıxışının sonunda 26-cı Quran müsabiqəsinin gedişatına toxunaraq deyib: “Bu il 200 nəfər müraciətçidən 70 nəfər hafizlik və qiraət üzrə iştirak üçün seçilib.”

İraqın Hindistandakı səfirliyindən Əli Sadiq də İran mədəniyyət attaşesinə bu yarışların təşkilindəki əməkdaşlığa görə təşəkkür edib və belə proqramların keçirilməsini mühüm sayıb.

Qari Bədr əd-Dəci Fərqani, qari Məsud Siyah Gərci və ustad Əmir Aqai isə müsabiqənin texniki cəhətlərini, qiymətləndirmə üsulunu və münsiflik prosesini izah ediblər.

26-cı ümummilli Quran hafizlik və qiraət müsabiqəsi iki keçirilib və hər iki sahə üzrə qaliblərin adları Həzrət Peyğəmbərin (s) mövludu mərasimində elan edilib.

4304244

captcha