IQNA

Höccətül-islam Xamuşinin “Zeynul-əsvat”ın bağlanış mərasimində təqdir olunması

10:49 - October 02, 2025
Xəbər sayı: 3498965
İQNA - Qurani-Kərim müsabiqələrinin ilk “Zeynul-əsvat” mərhələsinin bağlanışında, Vəqflər və Xeyriyyə İşləri Təşkilatının rəisinin qırx illik Quran fəaliyyəti münasibətilə Höccətül-islam Xamuşi təqdir ediləcək.

“İQNA”-nın məlumatına görə, Qurani-Kərim müsabiqələrinin ilk “Zeynul-əsvat” mərhələsinin bağlanış mərasimi oktyabrın 2-si, cümə axşamı səhər saatlarında Alul-beyt (ə) İnstitutu tərəfindən Ayətullah Məkarim Şirazi Mədəniyyət Kompleksinin İmam Kazım (ə) zalında keçiriləcək.

Bu mərasimdə, iştirakçılar arasından seçilən qaliblərin təltif olunması ilə yanaşı, Vəqflər və Xeyriyyə İşləri Təşkilatının sədri və İslami Təbliğat Təşkilatının keçmiş rəhbəri Höccətül-islam vəl-müslimin Seyid Mehdi Xamuşinin Quran sahəsində qırx illik fəaliyyəti münasibətilə xüsusi təqdir mərasimi keçiriləcək.

Həmçinin bu mərasim Quran və Maarif telekanalı, Qum vilayətinin yerli telekanalı və bir sıra virtual və internet şəbəkələri vasitəsilə bütün maraqlananlar üçün canlı yayımlanacaq.

4307914

captcha