Qurani-Kərim buyurur:
«وَأَنْكِحُوا الْأَيَامَى مِنْكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ إِنْ يَكُونُوا فُقَرَاءَ يُغْنِهِمُ اللَّهُ مِنْ فَضْلِهِ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ»
“(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir” (Nur, 32).
اَيَامى sözü, أيم sözünün cəmidir və həyat yoldaşı olmayan şəxs deməkdir – istər kişi olsun, istər qadın; istər bakirə olsun, istər dul. «أَنْكِحُوا الْأَيَامَى» ifadəsi subayların evliliyində başqalarının kömək göstərməsi və şərait yaratması əmridir. Deməli, evlilik təkbaşına baş tutan bir iş deyil; başqaları da çalışmalı, tanışlıq, tanıdılma və evliliyin ilkin mərhələləri üçün zəmin yaratmalıdırlar. Ən gözəl vasitəçiliklərdən biri də evlilikdə vasitəçilik etməkdir. Rəvayətdə buyurulur: “Kim birinin gəlin və ya bəy olmasına səbəb olarsa, Allahın Ərşinin kölgəsi altında olar”.
Kasıblıq evlənməyə mane kimi görülməməlidir. Çünki Allah, gəlin və bəyin dolanışığını təmin etməyi vəd etmişdir. Quranda Allahın “vasiʿ” (lütfü geniş) və “böyük ehsan sahibi” olması, eləcə də evlənənlərin Öz lütfü ilə varlandırılacağını vəd etməsi göstərir ki, Allah düzgün evliliyi ruzi və bərəkətin vasitəsi qərar vermişdir:
«إِنْ يَكُونُوا فُقَرَاءَ يُغْنِهِمُ اللَّهُ مِنْ فَضْلِهِ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ»
“Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir”.
İmam Sadiqdən (ə) rəvayət olunub: “Kim yoxsulluq qorxusundan evlənməsə, Allah barəsində pis zənn etmiş olur”.
3495163