“İQNA”-nın “əd-Düstur qəzetinə istinadən verdiyi xəbərə görə, Tufeylə Vəqflər İdarəsi, 17 noyabrda həmin idarənin məscidlər şöbəsi vasitəsilə köhnə və zədələnmiş Quran nüsxələrinin toplanması və istifadə oluna bilən nüsxələrin bərpası üçün yerli layihəyə start verib.
Bu layihəyə əsasən, artıq istifadə olunması mümkün olmayan Quran nüsxələri Allah kəlamına hörmət qaydalarına uyğun şəkildə lazımi formada müalicə və emal ediləcək.
Tufeylə Vəqflər İdarəsinin müdiri Lüey Əz-Zənibat bildirib ki, bu milli bir layihədir və onun çərçivəsində vilayətin 200-dən çox məscidində köhnə, cırılmış və ya zədələnmiş Quranlar toplanaraq qeydiyyata alınacaq.
O əlavə edib ki, bu Quranlar elə vəziyyətdədir ki, oxunması mümkün deyil və onlar şəriət qaydalarına uyğun şəkildə, hörmətlə məhv ediləcəklər.
Əz-Zənibat vurğulayıb ki, layihənin məqsədi Allahın kitabına ehtiram göstərmək və ona hörmətsizliyin qarşısını almaqdır. Əgər Quranın vəziyyəti uyğun olarsa, həmin nüsxələr bərpa ediləcək və yenidən cildlənəcək.
O həmçinin qeyd edib ki, bu layihə təqvim üzrə bir həftə ərzində vilayətin müxtəlif bölgələrində davam edəcək və məscidlər şöbəsi, müezzinlər, imamlar və məscid komitələrinin əməkdaşlığı ilə həyata keçiriləcək.
Tufeylə Vəqflər İdarəsinin müdiri sonda qeyd edib ki, İordaniya Vəqflər Nazirliyi Qurana xüsusi əhəmiyyət verir və köhnə və zədələnmiş Quran nüsxələrinin toplanmasında mühüm rol oynayır.
O əlavə edib ki, idarənin heyəti vilayətin məscidlərində və bu idarəyə bağlı mərkəzlərdə olan bütün zədələnmiş Quran və digər kitabları toplayaraq şəriətə uyğun şəkildə işlənilməsi üçün xüsusi mərkəzə təhvil veriblər.
4317607