“İQNA”, “Geo News”-a istinadən xəbər verir ki, fevralın 6-sı günorta saatlarında paytaxt İslamabadın Tarlai bölgəsindəki şiə Hüseyniyəsində nisbətən güclü bir partlayış qeydə alınıb.
İslamabad polisinin yüksək rütbəli rəsmisi bildirib ki, intihar hücumunda şəhidlərin sayı 24-ə çatıb, ən azı 100 nəfər də yaralanıb.
İrfan Memon verdiyi rəsmi açıqlamada, cümə namazı zamanı İslamabad şəhərindəki şiə məscidində baş verən intihar partlayışında 24 nəfərin şəhid olduğunu təsdiqləyib. O əlavə edib ki, ən azı yüz nəfər də yaralanıb.
Yaralılar müalicə üçün Pakistan Tibb Elmləri İnstitutuna (PIMS) aparılıb.
Bu partlayış bir neçə gün öncə Bəlucistanda baş verən və Bəlucistan Azadlıq Ordusu (BLA) tərəfindən həyata keçirilən ölümcül hücumlardan sonra baş verib. Həmin hücumlarda 36 mülki şəxs, o cümlədən qadınlar və uşaqlar, həmçinin 22 təhlükəsizlik və polis əməkdaşı həyatını itirmişdi.
“Islamabad Times” yazıb ki, 6 fevral 2026-cı il, cümə günü Tarlai Kalan bölgəsindəki Xədicə Kubra Hüseyniyəsi və məscidində güclü partlayış baş verib.
İlkin məlumatlara görə, bir intiharçı günorta saatlarında bu dini məkanın əsas darvazasında üzərindəki partlayıcıları işə salıb.
4332634